Açılış mərasimində Azərbaycan nümayəndə heyəti və İran prezidenti iştirak edib
İranda Qəzvin-Rəşt dəmir yolu xəttinin açılışı olub.
REAL-ın İrana ezam olunmuş müxbirinin verdiyi məlumata görə, ilk qatar yola salınıb.
Mərasimdə İran prezidenti Həsən Ruhani də iştirak edib.

***
Bu gün Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsinin Qəzvin-Rəşt hissəsinin açılış mərasimi keçiriləcək.
REAL xəbər verir ki, mərasimdə İqtisadiyyat naziri, Azərbaycan və İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edəcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə deyib ki, Azərbaycan və İran arasında iqtisadi əlaqələr müştərək dəmir yolu layihələri sayəsində daha da möhkəmlənəcək.
Onun sözlərinə görə, hər iki ölkə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafına çalışır.
İndiyədək Astara-Astara dəmir yolu vasitəsi ilə 270 min tondan çox yük daşınıb.