Görüşdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev 8 Mart – Beynəlxalq Qadınlar Günü və qarşıdan gələn Novruz bayramı münasibəti ilə qadınları təbrik edib.
Bildirib ki, Azərbaycan qadını respublikamızın ictimai-siyasi həyatında böyük rol oynayır. Qadınlarımız öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərirlər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində qadınların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası üçün əlverişli şərait yaradılmışdır. Bu gün də ölkə başçısı Prezident cənab İlham Əliyev qadınlara hər zaman diqqət və qayğı göstərir, onun rəhbərliyi altında təhsildə, səhiyyədə, idarəetmə orqanlarında mətbuatda və digər sahələrdə qadınlar hər zaman vəzifədə irəli çəkilirlər.
Rayonumuzda müxtəlif təşkilatlarda, dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında qadınlar uğurla fəaliyyət göstərir. Onlardan bir neçəsi fəxri adlara, dövlət təltiflərinə layiq görülüb.
Tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan, rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin müdir müavini Sevil Mehralıyeva və başqaları son illər cənab Prezidentin tapşırığı ilə rayonumuzda aparılan tikinti-quruculuq işlərinə, eləcə də qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
 Astarainfo.az