Əziz xanımlar! Sizi 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edir və ən xoş arzularımızı bildiririk.
Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.
Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır. İndi Azərbaycan qadınının cəmiyyətdə yeri, nüfuzu, ona münasibət çox ucadır. Qadın hüquqlarının təmin edilməsi sahəsində möhkəm hüquqi baza mövcuddur. Qadınların ictimai-siyasi həyatdakı fəallığı ilbəil artır. Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdən çıxış edir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Son olaraq, tarix boyu ictimai, siyasi həyatımızda əvəzsiz əhəmiyyətə malik, qüdrətli, qeyrətli, savadlı Azərbaycan qadınlarını bu tarixi gün münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, xoşbəxtlik diləyir, ölkəmizin dünyaya tanıdılmasında faktiki mövcud rolunun bundan sonra da davam etməsini arzulayıram! Bayramınız mübarək! Millixəbər.az: Nicat Abbas