Türkiyənin İstanbul şəhərində 76,6 km uzunluğa malik yeni Halqalı-Qəbzə dəmiryolu istifadəyə verilib.
 Yeni dəmir yolu sahəsi Marmaray dəmiryol tunelinə inteqrasiya olunacaq. Halqalı-Qəbzə dəmiryolunun tikintisi çərçivəsində ümumilikdə 38 yeni dəmiryol stansiyası inşa olunub.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib ki, Halqalı-Qəbzə dəmiryol xəttinin istismara verilməsi sərnişindaşımanın artmasına imkan verəcək. Gündəlik olaraq bu xətt üzrə 1 milyon sərnişin daşımaq mümkün olacaq.
Qeyd edək ki, 2020-2021-ci illərdə Türkiyədə nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsinə 64,275 milyard lirə ayrılacaq.(Trend)