Türkiyənin Bursa vilayətində sərnişin avtobusu aşıb.

Qəza nəticəsində 35 nəfər xəsarət alıb.

Məlumata görə, idarəetməni itirən sürücü avtobusu dərəyə aşırıb.

Yaralıların hamısının Türkiyə vətəndaşları olduğu bildirilir. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.(Trend)