Bakının Yasamal rayonu Hüseyn Cavid prospektində, Azərbaycan Milli Elmlər Akademiyasının binasının qarşısındakı parkda Novruz yarmarkası keçirilir. Yeniavaz.comxəbər verir ki, yarmarkada respublikanın müxtəlif bölgələrindən fermerlər əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsulları təklif edirlər. Qeyd edək ki, paytaxtın 14 ünvanında, ölkənin bütün şəhər və rayon mərkəzlərində martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün Novruz yarmarkaları keçirilir.