Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğında 10 nəfər tüstüdən zəhərlənib. 

Bu barədə 6 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimi məlumat verib.

Qeyd olunub ki, həmin şəxslər müayinə olunduqdan sonra buraxılıblar.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, hadisə ilə əlaqədar şöbəyə gətirilən olmayıb. 

Qeyd edək ki, bu gün səhər saatlarında  baş verən yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) iki əməkdaşına təcili tibbi yardım göstərilib.

 FHN-nin bir əməkdaşı isə əlindən xəsarət alıb və o, 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Yanğın səhər saatlarında baş verdiyindən həmin vaxt ticarət mərkəzində adam az olub,  xəsarət alan qeydə alınmayıb.

Əraziyə altı təcili tibbi yardım briqadası cəlb olunub.(Report)