Astara Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən hərbi idman oyunları üzrə rayon birinciliyinin zona seçim mərhələsi başa çatıb.

Beş zonada keçirilən yarışda rayonun 33 tam orta məktəb komandasını təmsil edən 462 məktəbli iştirak edib.

Birinci zonada Astara şəhər 3 və 2 nömrəli, ikinci zonada Tüləküvan, Təngərüd kənd və Kijəbə qəsəbə, üçüncü zonada Şiyəkaran kənd 2 nömrəli və Siyəku kənd, dördüncü zonada Pəlikəş kənd və beşinci zonada Hamoşam kənd tam orta məktəb komandaları rayon birinciliyinin final mərhələsinə vəsiqə qazanıblar.

Final yarışında birinci yeri tutan komanda aprel ayında Cəlilabad rayonunda keçiriləcək respublika zona birinciliyində Astara rayonunu təmsil edəcək.(AZƏRTAC-Bağır Əliyev)