Lənkəran Peşə Liseyinin 50 illik yubileyi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində növbəti sosial-ekoloji layihə Astara rayonunun uşaq bağçalarında reallaşıb.

Lənkəran Peşə Liseyinin “Bitkiçilik” qruplarının müəllimləri və tələbələri Astara şəhərindəki 2 və 3 nömrəli, Ərçivan qəsəbə və Səncərədi kənd uşaq bağçalarında 100-dən çox meyvə ağacı əkiblər.

Həyata keçirilən daha bir sosial layihə çərçivəsində Liseyin “Santexnik” və “Elektrik” qruplarının müəllim və tələbələri uşaq bağçalarından birində su və elektrik xətlərini yeniləyiblər.(AZƏRTAC-Bağır Əliyev)