Azərbaycan Silahlı Qüvvələri Cənub Qafqazın ən güclü ordusudur

Astarainfo.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Global Firepover” təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı yeni hesabatda bildirilib.

Təşkilatın 2019-cu il üzrə siyahısında Azərbaycan Ordusu gücünə görə 52-ci yeri tutub. Cənubi Qafqazın digər ölkəsi Gürcüstan dünyada 85-ci sırada qərarlaşıb. Ermənistan isə 96-cı yerdədir.

Dünyanın ən güclü ordusu ABŞ Silahlı Qüvvələridir. Hərbi gücünə görə Rusiya 2-ci, Çin 3-cü, Hindistan 4-cü, Fransa 5-ci, Yaponiya 6-cı, Cənubi Koreya 7-ci, Böyük Britniya 8-cidir. 

Türkiyə Silahlı Qüvvələri dünyanın 9-cu güclü ordusudur. Türkiyə ordusu NATO-da 4-cü, Avropada 3-cü, Yaxın və Orta Şərqdə 1-ci yerdədir.

İlk onluğa daxil olan sonuncu ölkə isə Almaniyadır. 

İran isə siyahıda 14-cü yeri tutub.