İranın Lorestan vilayətinin Xürrəmabad rayonunun eyni adlı şəhərində 150 mindən artıq insan evlərini boşaldır.
Bunu İranın Lorestan vilayəti valisinin abadlıq məsələləri üzrə müavini Əhməd Muradpur deyib.
Ə.Muradpurun sözlərinə görə, Xürrəmabad rayonunda güclü yağış və çayların daşması nəticəsində fövqəladə vəziyyət elan olunub.
Vali müavini əlavə edib ki, güclü sel nəticəsində bəzi mənzil və mağazalara su dolub. Həmçinin əhaliyə mənzilləri boşaltması üçün xəbərdarlıq edilib.
Qeyd edək ki, son günlər İranın müxtəlif vilayətlərində aramsız yağan yağışlar daşqınlara, şəhər və kəndlərin su altında qalmasına səbəb olub.
İranın Tibbi Ekspertiza Təşkilatı son sel və daşqınlar nəticəsində indiyədək ümumilikdə 51 nəfərin həlak olduğunu təsdiqləyib.
Lorestan valiliyi Fövqəladə Hallar İdarəsinin baş direktoru Qulamrza Ağa Mirzayi bildirib ki, paytaxt Tehrandan cənub istiqamətində dəmir yolu bağlanıb.(Trend)
Videonu izləmək üçün şəklə klikləyin: