Tanınmış jurnalist, “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyevə ağır itki üz verib.
Astarainfo.az xəbər verir ki, N.Niftiyevin atası Məhəmmədəli Niftiyev bu gün dünyasını dəyişib.
Qeyd edək ki, mərhum bu gün yaşadığı Cəlilabad rayonun Təzəkənd kəndində dəfn olunub. Mərhumun üç mərasimi aprelin 3-də, yeddisi isə aprelin 7-də doğulduğu kənddə keçiriləcək.
“Astara”qəzeti və Astarainfo.az kollektivi mərhumun vəfatından kədərləndiklərini bildirir, həmkarımız Niyaz Niftiyevə və yaxınlarına dərin hüznlə bağsağlığı verir.
Allah rəhmət eləsin!