Astara şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən növbəti nikah mərasimində şəhər sakinləri, 1997-ci il təvəllüdlü Rauf Kərimli və Aytac Quliyeva ailə həyatı qurmaq barədə nikah aktına imza atıblar.
Ailə həyatı quran gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzdə ucaldılmış büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Nikah mərasimində çıxış edən Mərkəzin direktoru Kübra Səmədova və Astara Qeydiyyat Şöbəsinin aparıcı mütəxəssisi Ülkər Fərəcova yeni ailə quran gəncləri təbrik edərək, onlara ən xoş arzularını çatdırıblar.
Gənclər onların nikah mərasiminin dahi rəhbərin adını daşıyan Mərkəzdə keçirilməsindən qürur duyduqlarını vurğulayaraq, bu günün onların həyatında ən xoşbəxt gün, ən yadda qalan hadisə olduğunu bildiriblər.
Qeyd edək ki, ötən il Astara şəhərindəki Heydər Əliyev Mərkəzində 55, bu ilin üç ayında isə 5 nikah mərasimi keçirilib.(AZƏRTAC-Bağır Əliyev)