Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb.
İlk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıb.
65 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya çempionumuz Hacı Əliyev mübarizəyə inamlı başlayıb. O, təsnifat mərhələsində Belarusu təmsil edən Hüseyn Şaxbanovu 7:2 və 1/8 finalda Ermənistan güləşçisi Vazqen Tevanyanı 1:0 hesabı ilə məğlub edib. Onun 1/4 finaldakı rəqibi Rusiya təmsilçisi Naçin Kular olacaq.
Həmçinin, 70 kq çəki dərəcəsində də Ağahüseyn Mustafayev 1/4 finalda David Safaryanla qarşılaşacaq. Buna qədər o, ikiqat dünya çempionu Məhəmmədrəsul Qazıməhəmmədova (Rusiya) 5:3 hesabı ilə qalib gəlib.
79 kq-da ikiqat Avropa çempionumuz Cəbrayıl Həsənov da 1/4 finalda güləşəcək. O, təsnifat mərhələsində gürcüstanlı Nika Kentçadzeni 6:5 hesabı ilə yenib.(Yeniavaz.com)