İranda helikopter qəzasında bir nəfər ölüb.
Bunu İranın Qərbi Azərbaycan vilayəti valisinin siyasi-təhlükəsizlik məsələləri üzrə müavini Əli Mustəfəvi bildirib.
Onun sözlərinə görə, qəza nəticəsində 3 nəfər yaralanıb.
XXX
saat 13:04
İranın Qərbi Azərbaycan vilayətində Urmiya rayonunun dağlıq ərazilərində hüquq-mühafizə orqanlarına məxsus helikopter qəzaya uğrayıb.
Bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi deyib.
M.Xalidinin sözlərinə görə, ilkin məlumatlara görə, hadisə zamanı 4 nəfər yaralanıb.
Hadisə yerinə 5 təcili yardım maşını ezam olunub.(Trend)