Prezident İlham Əliyevin tapşırığı ilə bütün respublika üzrə məişət zorakılığının qarşısının alınması üçün monitorinq qrupları yaradılıb”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

O bildirib ki, həmin monitorinq qruplarının içərisində hər bir aidiyyəti qurumun nümayəndəsi təmsil olunur: “Bununla yanaşı, profiloktik işlərin görülməsi də həmin monitorinq qrupunun diqqətindədir. 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdinin intiharı işində də həmin monitorinq qrupunun öz tövsiyə və fikirləri olacaq”. (ONA)