Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində reydlər davam edir.

Reydlərin keçirilməsində məqsəd nəqliyyatın sıx olduğu yerlərdə avtomobillərdən çıxan zərərli maddələrin miqdarının ölçülməsi və avtonəqliyyat vasitələrinin atmosferi çirkləndirməsinə qarşı nəzarətin gücləndirilməsidir.

Reyd zamanı xüsusi avadanlıq vasitəsilə nəqliyyat vasitələrindən çıxan qazların tərkibi yoxlanılıb, nəqliyyat vasitələrinin istismarı nəticəsində ətraf mühitə buraxılan zərərli maddələrlə bağlı sürücülərə mövcud qaydalar izah olunub.

Yoxlama zamanı avtonəqliyyat vasitələrində atmosferə buraxılan zərərli maddələrin miqdarının normadan artıq olduğu avtomobillər, yol hərəkəti qaydalarını pozan 30 sürücü saxlanılıb və onlar barəsində qanuna müvafiq tədbirlər görülüb.

Astarada “Təmiz hava” aylığı çərçivəsində keçirilən reydlər aprelin 28-dək davam edəcək.(AZƏRTAC-Bağır Əliyev)