“WhatsApp” proqramçıları yeni funksiyanı sınaqdan keçirməyə başlayıblar.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, yeni funksiya qrup çatlarından gələn bildirişləri çatlardan çıxmadan dayandırmağa imkan verir.
Bir çox istifadəçi özlərinin çoxsaylı qrup müzakirələrinə əlavə edilməsindən narazı olduqlarına görə belə funksiyanın yaradılmasına ehtiyac olub.
Çünki həmin istifadəçilər çatı tərk edə bilmirlər, bunu edəndə isə çatın digər iştirakçıları görürlər. Funksiya sayəsində istifadəçi qrupda qalmaqla yeni məlumatlar barədə bildirişlər almayacaq.