Astarada 42 yaşlı kişidən tüfəng və bıçaq tapılıb.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Məscidməhəllə kənd sakini, əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Ramil Həsənov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı müvafiq sənədləri olmayan, lüləsi və qundağı kəsilmiş “İJ-16” markalı tüfəng və 1 ədəd bıçaq götürülüb.(ONA)