Aprelin 14-də Dövlət İmtahan Mərkəzinin Lənkəran və Astara rayonunun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanı uğurla başa çatıb.

İmtahanda iştirak edən şagirdlərə buraxılış vərəqəsi ilə yanaşı, “Yaddaş kitabçası” da verilib. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılıb.

Saat 11:00-da başlanan və 3 saat davam edən imtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə onlara tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilib.

Lənkəranda 3 imtahan mərkəzində 1514, Astarada isə 2 imtahan mərkəzində 717 şagird imtahanlarda iştirak edib.

Hər iki rayonda buraxılış imtahanı zamanı qanun pozuntusu qeydə alınmayıb.(AZƏRTAC-Bağır Əliyev)