“Fransanın və dünyanın mədəni irs incilərindən biri olan Paris Notr-Dam Kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi “Twitter” səhifəsində yazıb.
“Ümid edirəm ki, abidə qısa müddət ərzində bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacaq”, – dövlət başçısı bildirib. (Report)