Astara rayonunda yol qəzası baş verib.
Hadisə rayonun Pılikeş kəndində qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü Loğman Hacırıza oğlu Eyvazov idarə etdiyi UAZ markalı avtomobili dərəyə aşırıb. Nəticədə özü və sərnişini, 1953-cü il təvəllüdlü Sürəyya Mirsaleh qızı Verdiyevamüxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
S.Verdiyeva vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(Report)