Alınma sözlərdə sait və sammitlərin yazılışı qaydası müəyyənləşib.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda əksini tapıb.

Beləliklə, tərkibində o hərfi olan alınma sözlər [a] və ya [o] ilə tələffüz edilməsindən asılı olma­ya­raq, o ilə yazılır: avtomat, kollec, kollektiv, laborant, Moskva, motor, obyekt, Odessa, poema, poeziya, problem, pro­fes­sor, solist, velosiped və s.(ONA)