Ukraynada keçirilən prezident seçkilərinin ikinci turu ilə bağlı “exit-poll”un ilkin nəticələri açıqlanıb.

Ukraynanın yerli təşkilatlarının apardığı “exit-poll”un nəticələrinə görə, Vladimir Zelenski seçicilərin 73,2, Petro Poroşenko isə 25,3 faiz səsini toplayıb.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası isə yekun və rəsmi nəticələri mayın 1-dək elan edəcək.(AZƏRTAC)