Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2019- cu ildə  idman növləri üzrə keçiriləcək Təqvim Planına uyğun olaraq 20-21 aprel tarixlərdə Göygöldə keçirilən yaz Azərbaycan Çempionatında Astara rayon komandası iştirak etmişdir.

Komandamızın üzvü,  şəhər 3 saylı tam orta məktəbin Fiziki tərbiyə müəllimi Əliyev Rəşad  10 km kross qaçışında bütün rəqiblərini üstələyərək finişi I yerlə başa vurmuş və çempionatın qızıl medalına, komandamızın digər üzvü,  şəhər 3 saylı tam orta məktəbin şagirdi Rzayeva Aysun qadınlar arasında 2 km məsafəyə kross qaçışında finişi III yerlə başa vuraraq çempionatının bürünc medalına layiq görülmüşlər.

Qeyd edək ki Rəşad Əliyev ötən illərdə də dəfələrlə respublika çempionatının qalibi olmuş və fəxri yerlərini qazanmış, beynəlxalq marafon yürüşlərinin iştirakçısı və mükafatçısı olmuşdur.

İdmançılarımızı bu uğurları münasibəti ilə təbrik edir, onlara gələcəkdə daha yüksək nailiyyətlər arzulayırıq.

   Rufan Şirinov

Astarainfo.az