ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Astara rayonunun Qəcimardə kəndində 150-yə yaxın fərdi təsərrüfatı suvarma və texniki su ilə təmin etmək məqsədilə “Texniki su xətlərinin təmiri” icma layihəsini həyata keçirir.

USAID-in maliyyələşdirdiyi “Sosial-İqtisadi İnkişaf Fəaliyyəti Proqramı” çərçivəsində həyata keçirilən layihədə 2000 metrə yaxın su borusunun yenisi ilə əvəz olunması, 240 tonluq su anbarının əsaslı təmiri və Qəcimardə kəndinin mərkəzində bulağın tikintisi nəzərdə tutulub.

“Şərq-Qərb İdarəçilik İnstitutu”nun reallaşdırdığı layihəyə əsasən hazırda 240 tonluq su anbarı təmir olunub, 2 kilometrə yaxın su xəttinin çəkilişi isə davam edir. Layihənin mayın sonunda başa çatdırılması nəzərdə tutulub.

Layihənin ümumi məbləği 45000 manat təşkil edir. Bunun 75 faizi USAID-in, 25 faizi isə kənd icmasının payına düşür.

Astarainfo.az