İnsanların qidalanması üçün qiymətli ərzaq məhsullarından biri də düyüdür.  Dünya əhalisinin beşdə iki hissəsi düyü ilə qidalanır.  

Tarixən çəltikçilik ənənələrinə sahib olan Astara-Lənkəran bölgələrində də bu vacib sahəyə maraq olduqca çoxdur.   

 Uzun illər rayonda becərilmiş Ənbərbu, Çəiləyi, AZZOS-637 Qasmıxan, Behbud, Çempion və digərlərini qeyd etmək olar. Onlar rayonlaşdırılmış elit sortlardır. Hazırda isə rayonumuzun çəltik becərən zəhmət adamları “Haşimi-sədri”, “Həsəni”, “Şobani” növlərini əkirlər. Xüsusən Haşimi, Sədri düyüsünün gözəl ətri və dadı var.

Astara-Lənkəran bölgəsində çəltik-becərmə təcrübəsi çox qədimdən İrandan gətirilmişdir.

“Hər bir qidanın insan orqanizminə xeyri ilə bərabər ziyan olduğu halda yeganə qida düyüdür ki, insan orqanizminə xeyirdən savayı heç ziyan gətirmir”. (Məhəmməd Peyğəmbər )(s)

Deyilənlərə görə düyü insanda düşüncə qabiliyyətini artırır, dərini yumşaldır, insan dərisində qırışları açır, üzü nurlandırır, asan yeyilən qida məhsulu kimi ölüm riskini azaldır. Çəltik əkilən yerlərdə yaşıllıq artır, günəşin öldürücü şüalarını azaldır, ətrafda ekologiyanı təmizləyir.

Astara-Lənkəran bölgələrində yerli əhali düyüdən 18 növdə plov bişirir. Toy şənliklərində plovdan geniş istifadə olunur.

Düyü məhsulunun tərkibində çoxlu miqdarda zülallar, nişasta, yod, C vitamini mövcuddur. Düyü yeməkləri qanı çoxaldır və orqanizmdə revmatizmi aradan qaldırır.

Eyni zamanda düyünün həlimindən dərman vasitəsi kimi istifadə edilərək, zəhərlənən mal-qaraya və xəstələrə içirdilir. Düyü unundan sıyığ və başqa pəhriz yeməkləri də bişirilir.

Fəxrəddin Məhərrəmov -Artupa kəndi

Astarainfo.az