Aprelin 24-dən 28-dək Xaçmaz rayonunda Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan Atletika üzrə 2006-2007-ci il təvəllüdlü idmançılar arasında final yarışı keçirilmişdir.

Qeyd edək ki, komandamız 3-7 aprel tarixlərdə Cəlilabad rayonunda keçirilən respublika zona yarışında II yeri qazanaraq  yarışların  final mərhələsində iştirak etmək hüququ qazanmışdır. Final mərhələsində də əzmli mübarizə göstərən rayonunun 10 nəfərdən ibarət komandası yekunda III yeri qazanaraq  bürünc medala layiq görülmüşdür.

İdmançılarımızı yarışa şəhər 2 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimləri Afət Əkbərov ,  Nizami Səmədov  hazırlamışlar.

Hazırladı:  Elnur Qurbanlı  

Astarainfo.az