Astaralı gənc könüllü müəllimlər “rayonumuzu təmiz saxlayaq” devizi adı altında “trashtag-təmizlik” aksiyasını keçirib.
Aksiyada rayonun gənc müəllimləri və şagirdləri Xəzər sahili ərazisini tullantılardan təmizləyib.
Könüllü müəllim və şagirdlər bu aksiyanı təşkil edərək ətraf mühitin təmizliyini qorumaqla yanaşı həm də cəmiyyətə müsbət mesaj verməklə hər kəsi təmizlik aksiyalarında aktiv olmağa çağırıblar.
Müntəzəm olaraq belə aksiyalar davam edəcək .
Nicat Raufoğlu
Astarainfo.az