“Mercedes” komandasının pilotu Valtteri Bottas Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin qalibi olub.

Onun komanda yoldaşı Luis Hamilton ikinci olub. İlk üçlüyü “Ferrari” komandasının sürücüsü Sebastian Fettel tamamlayıb.

“Mercedes” komandası bu qələbə ilə Formula 1 üzrə dünya çempionatları tarixində yeni rekorda imza atıb. Belə ki, ilk dəfə olaraq ardıcıl dörd Qran-Pridə bir komandanın hər iki pilotu yürüşləri ilk iki pillədə başa vurub.(REAL)