Türkiyə Silahlı Qüvvələri (TSQ) İraqın şimalındakı Zap bölgəsində PKK terrorçularına qarşı hava əməliyyatı keçirib.

“Qafqazinfo” “CNNturk”ə istinadən xəbər verir ki, kəşfiyyat məlumatları əsasında hərbi bazalara hücum hazırlığında olan terrorçuların yeri müəyyənləşdirilib və dəqiq atəş nəticəsində 14 terrorçu zərərsizləşdirilib.

Həmçinin, terrorçuların mağara və sığınacaqları da məhv edilib.