Bakı şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş yeniyetmələr arasında boks üzrə beynəlxalq turnirdə Astaranın yeniyetmə idmançıları uğurla çıxış ediblər.
Beş gün davam edən turnirdə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Ukrayna, Rusiya və Türkiyə yığma komandaları yarışıblar.
Azərbaycan yığma komandasının tərkibində iki astaralı boksçu ölkəmizin idman şərəfini qoruyub.
Beynəlxalq turnirdə astaralı idmançıların hər ikisi medallara sahib olublar. Zaur Qəhrəmanov 50 kiloqram çəki dərəcəsində qızıl, Bəydulla Nəsirov isə 66 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.
Hər iki idmançını yarışa məşqçi-müəllim Nurlan Məmmədov hazırlayıb.
Elnur Qurbanlı
Astarainfo.az