Ramazan ayının başlaması ilə əlaqədar xurma bazarında canlanma müşahidə edilir.

Xurmaların qiyməti 2-25 manat arasında dəyişir.

Satıcılar bildirirlər ki, xurmaların qiymətləri gətirildikləri ölkə və növünə görə dəyişir. Ən ucuz xurmalar qonşu İrandan gətirilir və qiymətləri isə münasibdir.

Ən bahalı xurmalar isə Fələstin və Səudiyyə Ərəbistanından gətirilənlərdir.

Satıcılar bazara üz tutan müştərilərin sayının artmasına baxmayaraq qiymətlərdə bahalaşma olmadığını bildirirlər.

Qeyd edək ki, xurma bir sıra qida maddələri ilə zəngindir. Xüsusilə Ramazan ayında günün əksər hissəsində insanlar ac və susuz qaldıqları üçün bu meyvədən istifadə etməklə orqanizmi daha uzun müddət güclü saxlamağa çalışırlar. Buna görə Ramazan ayında bu məhsula olan təlabat artır.(Xezerxeber.az)