Mayın 3-dən 4-dək Olimpiya İdman Kompleksində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə məktəblilər arasında mini futbol üzrə rayon birinciliyi keçirilmişdir.
Açılış mərasimində Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ələskər Əskərov çıxış edərək birinciliyin məqsədinin Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi, Azərbaycan Respublikasında Futbolun inkişafına dair “Dövlər Proqramının” həyata keçirilməsi, uşaq və yeniyetmələr arasında futbolun kütləviliyini, yeniyetmə futbolçuların isə ustalıqlarını artırmaq və onlar arasında futbola marağı yüksəltmək olduğunu bildirmişdir.
Yarışda şəhər 1, 2 , 5, 7 saylı, Suparıbağ, Səncərəd, Siyəku kənd və Kijəbə qəsəbə tam orta məktəblərin komandaları mübarizə aparmışdır.
Finalda Şəhər 2 saylı və Kijəbə qəsəbə tam orta məktəbin komandası arasında gedən mübarizədə 3-1 hesabı ilə Kijəbə qəsəbə tam orta məktəbin komandası qalib gələrək I yerə layiq görülmüşdür.
Sonda qalib komanda Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışdır.
Hazırladı- Rufan Şirinov
Astarainfo.az