Astara Dənizkənarı Park Bulvar Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş yeniyetmə, gənclər və böyüklər arasında kross idman növü üzrə  rayon birinciliyi keçirilmişdir.

Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Təhsil Şöbəsinin metodistləri Nizaməddin Ələkbərov,Rasim Cəfərov, şəhər 3 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi, Kross üzrə  Azərbaycan çempionatının dəfələrlə qalibi və mükafatçısı Rəşad Əliyev ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu, zəngin irsi, gənclər və idman sahəsində göstərdiyi xidmətlər haqqında, eləcə də yarışların proqramı və qaydaları barədə ətaflı məlumat vermişlər.Daha sonra yarışa start verilmişdir Birinciliydə qızlar 1 km , oğlanlar 2 km,  gənclər və böyüklər 3km məsafədə olmaqla  güclərini sınamışlar.

Yekunda qızlar arasında Türkanə Caniyeva (Siyəku kənd tam orta məktəb) I yerə, Nazpəri Cəlilova (Astara  Pedoqoji Kolleci) II yerə, Gülazə Süleymanova (Səncərədi kənd tam orta məktəb) III yerə, yeniyetmə oğlanlar arasında Dədəkişi Kazımov (şəhər 1 saylı tam orta məktəb) I yerə,  Əli Cəfərov (  şəhər 3 saylı tam orta məktəb) II yerə,  Ramazan Əlizadə (şəhər 3 saylı tam orta məktəb) III yerə, gənclər və böyüklər arasında Vasif Qurbanəliyev (Siyəku kənd tam orta məktəb) I yerə, Elmir Məmmədli (şəhər 3 saylı tam orta məktəb) II yerə,  Hikmət Yaqubov (şəhər 4 saylı tam orta məktəb)  III yerə layiq görülmüşlər.

 Qaliblər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.

Hazırladı- İqrar Cəfərov

Astarainfo.az