Heydər Əliyev Mərkəzində “Narkomaniya, narkobiznes ilə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və şüuru sağlamlığı uğrunda aparılan mübarizədir” mövzusunda sərgi və tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Mərkəzinin direktoru Kübra Səmədova açmış, “Gəncliyimizi qoruyaq, narkomaniyaya yox deyək” mövzusunda film nümayiş olunmuşdur.
Mərkəzin fondunun baş mühafizi Elza Kazımova mövzu ilə bağlı məruzə edərək bildirmişdir ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir.
Narkomaniya və narkobizneslə mübarizənin əsası, tarixdə ilk dəfə olaraq, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunla təsdiq edilib.
İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov, Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru polis baş leytenantı Amal Rzayev, Mərkəzi Xəstəxananın həkimi Fuad Səmədov çıxış etmişlər.
Qeyd olunub ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaran narkomaniya və narkobiznesdir. Narkomaniya insanların sağlamlığına, mənəviyyatına ziyan vurmaqla yanaşı, həm də gənclər arasında narkotiklərə aludəçilik hallarının artmasına səbəb olur. Azərbaycan müstəqilliyin bərpasından sonra narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirib. Bu sahədə bir sıra uğurlu tədbirlər görülüb.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Elza Kazımova
Astarainfo.az