Gürcüstanın Barjomi dərəsində yerləşən Sakire kəndi yaxınlığında baş verən meşə yanğınının böyük hissəsi söndürülüb.

Bu barədə Gürcüstanın Fövqəladə Halları İdarəetmə Xidməti məlumat yayıb. Bildirilib ki, hazırda qurumun canlı qüvvəsi ərazidə qabaqlayıcı tədbirləri davam etdirir.

Sərhəd polisinin helikopteri ilə əraziyə 24 uçuş təşkil edilib və ümumilikdə 48 ton su boşaldılıb. Samstxe-Cavaxetiya meşə xidmətinin əməkdaşları yanğınsöndürmə tədbirləri başa çatdıqdan sonra da  hadisə yerində qalaraq monitorinqləri davam etdirəcəklər.(ONA)