Astara rayonunun Ojəkəran kəndindəki futbol meydançasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş futbol üzrə Kijəbə qəsəbə inzibati ərazi dairəsinin açıq çempionatı başa çatıb.

Astara Rayon Gənclər və İdman İdarəsinin, Kijəbə Qəsəbə Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən və 10 gün davam edən yarışda 8 komanda qələbə uğrunda mübarizə aparıb.

Futbol üzrə açıq çempionatın finalında “Ojəkəran” və “Xəzər” komandaları qarşılaşıblar.

Finalda daha inamlı oyun nümayiş etdirən “Ojəkəran” komandası rəqibinə 6:2 hesabı ilə qalib gələrək çempionatın qalibi olub.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Kijəbə Qəsəbə Bələdiyyəsini sədri Ağadadaş Qənbərov ümummilli lider Heydər Əliyevin zəngin və mənalı ömür yolundan danışaraq, qaliblərə xoş arzularını çatdırıblar.

Rufan Şirinov

Astarinfo.az