“SpaceX” şirkəti orbital brodbend (geniş zoalıqlı məlumat ötürmə texnologiyası-red)  sisteminin tətbiqinə başlayıb.

Ötən gecə Floridadan havaya qalxan “Falcon-9” raketi orbitə 60 internet peykindən ibarət bağlamanı çatdırıb.

Sözü gedən süni peyklər dünya əhalisinin son dərəcə yüksək sürətli və ucuz internetlə təchizatına imkan verəcək.

Elon Maskın şirkəti “Starlink” şəbəkəsi üçün 2020-ci ilə kimi orbitə ümumilikdə 12 minə yaxın peyk buraxmaq niyyətindədir.

Layihə 2015-ci ildə işə salınıb. “Tintin”adlı sınaq prototipləri hələ fevralın 22-də uğurlu şəkildə orbitə göndərilmişdi. (Oxu.az)