İyunun 2-də səhər saatlarında Astara rayonunun Təxtənəkəran kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yolda hərəkətdə olan “Niva” markalı avtomobilin sürücüsü Əbülfət Səfərovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Sürücü və sərnişinləri olan Lerik rayon sakinləri – Sərəngül Səfərova, Nazim Şahmuradov, Aytac və Aytəkin Səfərovalar müxtəlif dərəcələri bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səylərinə baxmayaraq, Aytəkin Səfərovanın həyatı xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.(AZƏRTAC-Bağır Əliyev)