Misirin şimalında terrorçuların nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 10 polis əməkdaşı həlak olub.

ONA “AlArabiya”-ya istinadən xəbər verir ki, müsəlmanlar Ramazan bayramı münasibətilə ibadət edərkən terrorçuların hücumuna məruz qalıblar.

Məlumata görə, hücumu törədən şəxslərdən 5-i polis tərəfindən zərərsizləşdirilib.

Heç bir terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.