Biləsuvar şəhərindəki Gənclər Evində “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq Kompüter Oyunları üzrə XIII Azərbaycan Milli Çempionatının zona mərhələsi keçirilib.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Kompüter Oyunları Milli Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 9 rayonu təmsil edən 50-dən çox kiber idmançı öz qüvvələrini sınayıb.
Zona mərhələsində Astara rayonunu təmsil edən komanda “Counter Strike: Global Offensive” oyunu üzrə üçüncü yerə layiq görülüb.
“Heart Stone”, “FIFA 19” və “TEKKEN 7” fərdi oyunlarında isə astaralı gənclər Nicat Cəfərli, İlqar Həsənzadə və Rəşad Heydərzadə birinci yeri tutaraq Bakı şəhərində keçiriləcək final mərhələsində rayonu təmsil etmək hüququ qazanıblar.
Elnur Qurbanlı
Astarainfo.az