15 iyun Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyini xilas etdiyi, Azərbaycan xalqını bugünkü xoş, firavan günlərə yetirdiyi həmin tarix Qurtuluş Günü bayramı kimi hər il tqeyd edilir.

İcra hakimiyyəti, gənclər və idman idarəsi, təhsil şöbəsinin birgə tədbirlər planına uyğun olaraq Astarada 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş maraqlı tədbir  keçirilmişdir.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri qoyaraq xatirəsini yad edəndən sonra park-bulvar kompleksindəki Dövlət Bayrağı meydanına qədər yürüş etmişlər. Sonra  tədbir  Olimpiya İdman kompleksində davam etmişdir.

Min nəfərdən artıq məktəblinin, tələbələrin, gənclərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin canlı ifası ilə açıq élan edilmiş, hazırlanmış proqram əsasında davam etmişdir.

 Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin 15 iyun Milli Qurtuluş günü münasibəti ilə rayon əhalisinə təbriki oxunmuş, çıxışlar dinlənmişdir.

Sonra “Şahin” hərbi idman oyununun nümunəvi çıxışı, şən startlar yarışması maraqla izlənmiş, Milli Qurtuluş gününə həsr olunmuş rəsm müsabiqəsinin və şeir ifaçılarının qalibləri müəyyən edilmişdir.

Tədbir məktəblilər və kollec tələbələrinin Azərbaycanın Dövlət Bayrağının meydana gətirilərək “Qurban olum Azərbaycan” mahnısının sədaları altında başa çatdırılmışdır.

Astarainfo.az

Foto-Nicat Raufoğlu