Rayonumuzun şəhər, qəsəbə və kəndlərində aparılan  abadlıq və quruculuq işləri sakinlərimizin ürəyindən xəbər verir. Rayonun hər bir yaşayış məntəqəsində demək olar ki, hər gün yenidənqurma işləri aparılır, küçələr abadlaşdırılır, işıqlandırma sistemləri yenilənir, hasarlar çəkilir, səkilər salınır.

Qəsəbə və kəndlərimizdə məhəlləarası yollar yenidən qurulur, asfalt örtüyü çəkilir. Belə yaşayış məntəqələrindən biri də Ərçivan qəsəbəsidir. Son illərdə burada sözün həqiqi mənasında abadlıq quruculuq sahəsində əsaslı dönüş yaradılmışdır. Xüsusən son dövrdə görülən işlər qəsəbə sakinlərinin sevincinə səbəb olmuşdur. Bağ məhəlləsində yaşayan vətəndaşların müraciəti nəzərə alınaraq həmin ərazidən keçən yol əsaslı şəkildə təmir olunmuş, 520 metr məsafədə asfalt örtüyü çəkilmişdir. İndi b bağ məhəlləsinin sakinləri rahat yolla istədikləri istiqamətə gedə bilirlər.

Rayonumuz yağıntılı bölgələrdən olduğuna görə burada çayların yataqlarını dərinləşdirilməsi və lildən təmizlənməsi mühüm rol oynayır. Ərçivan çayının yaxınlığında yerləşən fərdi təsərrüfatlar çoxlu yağıntı olan günlərdə ciddi problemlərlə üzləşirdilər. Rayon rəhbərliyinin yaxından köməkliyi ilə qısa müddət ərzində Ərçivan çayının 4 km ərazisində genişləndirmə işləri aparılmış, lil palçıqdan tamamilə təmizlənmişdir. İndi həmin ərazidə yaşayan fərdi təsərrüfat sahibləri tam arxayın ola bilərlər. Yağıntılı günlərdə sel sularından qorunmaq üçün müvafiq tədbirlər yüksək səviyyədə həyata keçirilmişdir. 

Ərçivan qəsəbəsinin bütün sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə hədsiz minnətdarlıqlarını bildirirlər.

Astarainfo.az