Türkiyənin Siirt vilayətinin Eruh rayonu ərazisində PKK terrorçuları ilə bölgədəki təhlükəsizlik qüvvələri arasında atışma baş verib.
Terrorçuların hücumu nəticəsində 3 hərbçi yaralanıb. Onları Siirtdakı dövlət xəstəxanasına çatdırsalar da hərbçilərdən biri şəhid olub.
Terrorçuların zərərsizləşdirilməsi üzrə əməliyyatlar davam edir.(AZƏRTAC)