Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Lənkəran Regional Mədəniyyət İdarəsi üzrə planlaşdırılan tədbirlər çərçivəsində Astara rayonunun mədəniyyət müəssisələrində – Mərkəzi Kitabxanada, Tarix-Diyarşünaslıq Muzeyində, Heydər Əliyev Mərkəzində, Dövlət Rəsm Qalereyasında təqdimatlar, kitab və rəsm sərgiləri keçirilib.

Həmin tədbirlərin yekunu olaraq Astara şəhərindəki park-bulvar kompleksində Astara Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə konsert təşkil edilib.

Gənc ifaçıların iştirak etdiyi konsertdə Bakıda keçirilən beynəlxalq tədbir barədə tamaşaçılara məlumat verilib.(AZƏRTAC-Bağır Əliyev)