Astara rayonunun Kijəbə qəsəbəsində yerləşən Lovayın su anbarında boğulma hadisəsi qeydə alınıb.

Rayonun Dürriyə kənd sakini, 1971-ci il təvəllüdlü Ağabacı Məmmədova ehtiyatsızlıqdan su anbarına yıxılaraq boğulub.

Onun qohumlarının dediklərinə görə, həyat yoldaşı ilə İran İslam Respublikasına getmək istəyən A.Məmmədova ayaqqabılarını və əl-üzünü yumaq üçün su anbarına gedib.

Həyat yoldaşı Bəşir Əzizov isə onu yol kənarında 15 dəqiqə gözlədikdən sonra A.Məmmədovadan bir xəbər olmadığı üçün su anbarına gəlib. Suyun üzərində arvadının paltarını görən Bəşir Əzizov onun batdığını anlayıb və suya girərək cansız bədənini çıxarıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.(AZƏRTAC-Bağır Əliyev)