Yaşım çatmadı görəm mən sizi
Gəzdim ölkəmi mən qarış-qarış
Görmədim Zəngilan, Laçın, Şuşanı
Bir də Cəbrayılı, o Qubadlını
Hələ Kəlbəcərtək gözəl məkanı
Yaşım
çatmadı görəm mən sizi
Bir gəzib dolanam hər tərəfinizi
Necə qurban getdiz yağı düşmənə?
Heç kimsə bilmədi aqibətinizi
Yurddan ayrı düşdüz tarimar
olduz
Gözlərdə durub, bədgüman olduz
Günah kimdədir, necə oldu ki,
Qoruya bilmədik tamam yox olduz
Gərək deyil şuşalı, laçınlı
olam
Təəssüb çəkən vətən oğluyam
Keçdikcə illər hey aram-aram
Qorxuram sizə heç qovuşmaram
Düşmən torpağımda gəzib əylənir
Badələr qaldırıb, yallı da gedir
De necə dözüm, mən bu halətə?
Göz dağı verir mənə heyvərə
Düyünlər açılsın, simlər qırılsın
Sülh sazişləri bir yana qalsın
Hər gün sinəmə od qoyan düşmən
Silahın gücündən yanıb dağılsın
Əyyub Məmmədov jurnalist-şair
Astarainfo.az