Astara rayonunun Ojakəran kənd stadionunda şəhid Kənan Dadaşovun xatirəsinə həsr olunmuş açıq futbol turnirinə start verilib.

Turnirdə 16 komanda qələbə uğrunda mübarizəyə qoşulub. Öz yarımqruplarında birinci və ikinci yerləri tutan komandalar turnirin dörddəbir mərhələsində mübarizəni davam etdirəcəklər.

On beş gün davam edəcək açıq futbol turnirinin qaliblərinə diplomlar və hədiyyələr təqdim olunacaq.(AZƏRTAC-Bağır Əliyev)