Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sər¬həd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildiriblər ki, iyulun 28–də saat 09:00-dan etibarən bir neçə istiqamətdən döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atəşə tutulub.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşi ilə susdurulub.(AZƏRTAC)